AZ

Cəbhədə böyük irəliləyiş: Ukrayna ordusu 400 kvadrat kilometr ərazini geri qaytardı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Əsas Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Komarenko "RBC-Ukraina" agentliyinə müsahibəsində cəbhə xəttindəki son uğurlar barədə mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, general Ukrayna ordusunun Dnepropetrovsk və Zaporojye vilayətlərinin kəsişməsində həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində geniş ərazilərin nəzarətə götürüldüyünü bəyan edib.

Generalın verdiyi məlumata görə, cəbhədəki cari vəziyyət aşağıdakı kimidir:

Ukrayna müdafiə qüvvələri son əməliyyatlar nəticəsində 400 km²-dən çox ərazini işğaldan azad edib.

Dnepropetrovsk vilayəti: Vilayət ərazisinin demək olar ki, hamısı artıq Ukrayna ordusunun nəzarətindədir. Komarenko bildirib ki, hazırda "yalnız üç kiçik yaşayış məntəqəsini tamamlamaq və daha ikisini təmizləmək (zaçistka) qalıb".

Fevral ayı ərzində aparılan aktiv hərbi hərəkətlər nəticəsində azad edilən ərazilərin sahəsi itirilən mövqelərdən daha çox olub. Generalın sözlərinə görə, Rusiya ordusunun əsas məqsədi Dnepropetrovsk vilayəti daxilində "bufer zona" yaratmaq idi, lakin Ukrayna ordusu bu planın qarşısını almağa nail olub.

Hazırda Aleksandrovsk və Pokrovsk istiqamətlərində gərgin döyüşlərin davam etdiyini qeyd edən general-mayor, Ukrayna ordusunun təşəbbüsü öz əlində saxladığını və fevral ayındakı müsbət dinamikanın martın ilk on günlüyündə də qorunub saxlanıldığını vurğulayıb.

Musavat.com

Seçilən
119
musavat.com

1Mənbələr