AZ

Gəncədə piyadanı avtomobil vurdu 

Gəncədə 68 yaşlı kişini avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massividə ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1957-ci il təvəllüdlü M.Mustafayevi vurub. Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
6
1
unikal.az

2Mənbələr