AZ

İspaniya polisi rus oliqarxın Malyorkadakı malikanəsində axtarış aparıb

İspaniyanın hüquq-mühafizə orqanları Malyorkada, "Rusiya vertolyotları" holdinqinin rəhbərinin altı yaşlı oğluna məxsus olan malikanədə axtarış aparıb.

Musavat.com xəbər verir ki, bu barədə "El Pais" nəşri öz mənbələrinə istinadla yazıb.

Bildirilir li, axtarış martın 9-da, yerli vaxtla saat 13:00 radələrində başlayıb.

Malyorkanın cənubundakı Kalvia bələdiyyəsindəki iki malikanəyə onlarla polis əməkdaşının gəldiyi bildirilir. Bu evlər "Rusiya vertolyotları"nın rəhbəri Nikolay Kolesovun oğlu Aleksey Kolesovun adına qeydiyyatdan keçib.

"El Pais"in məlumatına əmlak 2024-cü ildə, uşaq dörd yaşında ikən onun adını keçirilib. Nəşrin polis mənbələri axtarışların səbəbləri və ya gedişatı ilə bağlı əlavə məlumat verməkdən imtina ediblər.

“Rusiya vertolyotları” holdinq 2006-cı ildə ana şirkətin helikopter istehsal aktivlərini əldə edən “Oboronprom” ASC-nin törəmə müəssisəsi kimi yaradılıb. Bu müəssisə helikopterlər və pilotsuz uçuş aparatları hazırlayır və istehsal edir, helikopterlərin təmiri, servis və marketinq xidmətləri göstərir.

Şirkətin məhsulları Çin, Qazaxıstan, Belarus, Əlcəzair, İraq, Anqola, Nigeriya, Uqanda, Zimbabve, Braziliya, Venesuela, Kolumbiya, Cənubi Koreya, Serbiya, Misir, Şri-Lanka və Hindistana ixrac olunur.

Haldinqin sahibi Nikolay Kolesov Rusiyanın Ukraynaya müdaxiləsindən sonra "Rusiya hökuməti üçün strateji əhəmiyyətli sektorda fəaliyyətinə" görə Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Daha sonra onun adı Avstraliya və Kanadanın sanksiya siyahısına da əlavə edilib.

Musavat.com

Seçilən
80
musavat.com

1Mənbələr