ABŞ Prezidenti Donald Tramp İranın gələcək siyasi quruluşu və şahzadə Rza Pəhləvinin mümkün rolu barədə növbəti dəfə kəskin bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri bəzi dairələrin Rza Pəhləvini İrandakı siyasi proseslərin iştirakçısı kimi müzakirə etdiyini, lakin özünün bu fikirdə olmadığını bildirib.
Tramp qeyd edib ki, Pəhləvi artıq uzun illərdir ölkədə deyil və daxili siyasətdə bilavasitə iştirak etmir, bu isə onun legitimliyini sual altına qoyur. ABŞ Prezidenti Vaşinqtonun hazırda "işləyən bir formulası" olduğunu vurğulayaraq, buna nümunə kimi Venesueladakı vəziyyəti göstərib və oxşar yanaşmanın gələcəkdə də tətbiq oluna biləcəyinə işarə edib.
Cari hərbi münaqişələrin bitmə müddətinə də toxunan Tramp, müharibənin bu həftə ərzində başa çatacağını gözləmədiyini, lakin yaxın gələcəkdə sonun mümkün olduğunu qeyd edib. Bu açıqlama Trampın İranda rejim dəyişikliyi üçün xaricdəki müxalifətdən deyil, daxili dinamikalardan və fərqli idarəetmə modellərindən istifadə etmək niyyətində olduğunu bir daha təsdiqləyir.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta