AZ

"Homeline" şirkətinin direktorundan dələduzluq - 300 min manata yaxın...

Bir neçə vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Homeline" tikinti şikayətinin direktoru olan Alik Quliyevin cinayət işi üzrə məhkəməsi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. 

Onun sözlərinə görə, zərərçəkmiş şəxs olan Xalidə Nəsirovanın evinin tam təmiri üçün 350 min manat danışılıb:

"Xalidənin Nəsirovanın evinin təmirini müqavilə əsasında etdik. Elmir vasitəsilə tanış olmuşduq. Onun evini "pod mayak" götürmüşdüm. İlkin olaraq 5 min, daha sonra 40 və 30 min manat aldım. Hissə hissə pul ödənilirdi. Təkcə havalandırmanı 45 minə etdik. Onun bizə 100 min borcu qalmışdı. 48 min mənə pul verdi aparıb Vüsala verdim. Evin tam təmiri 350 min idi. Maliyyə mənbəyi Elmir idi. Pul çatmayanda mən ondan istəyirdim. Evin problemi yalnız mebellərlə bağlı olub". 

Şahid qismində ifadə verən Orxan Ağamalıyev bildirib ki, təqsirləndirilən şəxs onun qohumunun evinin təmirinə cavabdeh olub:

"Axşam saatlarında bacanağım Elnurla oturmuşduq. Evinin təmiri üçün pulla bağlı danışığımız oldu. Elnur bildirdi evin təmiri ürəkaçan deyil və işləri çox ləngidirlər. Sonra təqsirləndirilən şəxsə yığdım ona 3 min 800 manat verməli idim. Məkan təyin edib getdim və Alikin göndərdiyi adama 3 min 800 manat verdim. Bu barədə də özünə də sms yazdım". 

Məhkəmənin növbəti iclası martın 31-nə təyin edilib. 

Qeyd edək ki, iş üzrə ümumi dəymiş ziyan 300 min manata yaxındır. 

Alik Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
5
2
unikal.az

3Mənbələr