AZ

İrana qarşı əməliyyatın ilk iki günündə sursata bu qədər vəsait XƏRCLƏDİ

İrana qarşı hərbi əməliyyatın ilk iki günü ərzində ABŞ ordusu sursat üçün təxminən 5,6 milyard dollar xərcləyib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasının bu həftə qanunvericilərə on milyardlarla dollar həcmində əlavə hərbi maliyyələşdirmə tələbi təqdim edəcəyi gözlənilir.

Nəşr qeyd edir ki, Pentaqonun qiymətləndirmələri bəzi qanunvericilər arasında ABŞ ordusunun ən qabaqcıl silah ehtiyatlarını nə qədər sürətlə istifadə etməsi ilə bağlı narahatlıqları artırıb.

ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell isə bildirib ki, ABŞ ordusu “istənilən missiyanı istənilən vaxt, istənilən yerdə yerinə yetirmək üçün lazım olan hər şeyə malikdir”.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
76
1
redaktor.az

2Mənbələr