AZ

Trampın Müctəba Xamenei ilə bağlı planı belədir VSJ

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“ABŞ Prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei Vaşinqtonun nüvə proqramını tamamilə dayandırmaq tələbinə müsbət cavab verməsə, ona qarşı sui-qəsd planlarını dəstəkləyəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) bir neçə yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb. 

Nəşr yazır ki, Tramp administrasiyası Müctəbanın atası Əli Xameneinin siyasətini davam etdirəcəyinə və Qərblə razılaşmayacağına inanır.

İddialara görə, İsrailə Müctəba Xameneiyə qarşı xüsusi əməliyyatın keçirilməsi tapşırıla bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
globalinfo.az

1Mənbələr