GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Bu il Azərbaycanda ali təhsil müəssisələrinin mühafizə xərcləri artırılıb.
Globalinfo.az bildirir ki, bu barədə İqtisadiyyat.az universitetlərin mühafizəsi ilə əlaqədar bağladığı müqavilələrə əsasən material hazırlayıb.
Belə ki, Bakı Dövlət Universitetinin (BDU) mühafizə xərci ötən illə müqayisədə 4,5 faiz və ya 42 126 manat artırılaraq 965 358 manata çatıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) isə cari il üçün mühafizə xərci 684 324 manat müəyyənləşib. Bu isə ötən illə müqayisədə 9 faizə yaxın və ya 55 648 manat artım deməkdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də bu il mühafizə xərci artırılıb. Belə ki, bu ali məktəbin mühafizəsi üçün xərci ötən illə müqayisədə 7 faiz və ya 31 477 manat artırılaraq 482 813 manata çatıb.
Azərbaycan Tibb Universiteti (ATU) də mühafizə xərcini artıran ali məktəblər sırasındadır. Belə ki, bu il ali tibb təhsili müəssisəsinin mühafizə xərci ötən illə müqayisədə 8 faiz və ya 52 min manat artırılaraq 700 min manatı ötüb.
Azərbaycan İdman Akademiyasının (AİK) isə mühafizə xərci bu il 242 490 manata çatıb ki, bu da ötən illə müqayisədə 11 faiz və ya 24 min manat artım deməkdir.
Azərbaycan Texniki Universitetinin (AzTU) də mühafizə xərcində ötən illə müqayisədə 10 faizlik artım qeydə alınıb. Belə ki, AzTU mühafizə xərclərini 38 428 manat artıraraq 437 204 manata çatdırıb.
Azərbaycan Dillər Universitetinin (ADU) isə mühafizə xərci ötən illə müqayisədə 9 faizə yaxın və ya 19 235 manat artırılaraq 240 min manat müəyyən edilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) də mühafizə xərci ötən illə müqayisədə 7 faiz və ya 22 372 manat artırılıb. Belə ki, cari ildə AzMİU-nun mühafizəsi üçün 332 476 manat vəsaitin xərclənəcəyi təsdiqlənib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) mühafizə xərci ötən illə müqayisədə 10 faizə və ya 9 min manata yaxın artırılaraq 97 732 manata çatıb.
Azərbaycan Milli Konservatoriyasının da bu il mühafizə xərci xərci 8,6 faiz və ya 6 min manat artırılıb və 76 min manata çatıb.
Azərbaycan Turizm və Menecment Universitetinin isə mühafizə xərci 66 min manatı ötüb ki, bu da ötən illə müqayisədə 6 faizə yaxın və ya 3 624 manat artm deməkdir.
Bakı Mühəndislik Universitetinin mühafizə xərci ötən illə müqayisədə 8 faizə və ya 30 min manata yaxın artırılaraq 405 825 manat olub.
Bakı Musiqi Akademiyası da bu istiqamətdə xərclərini cüzi artırıb. Belə ki, akademiyanın bu il mühafizə xərci ötən illə müqayisədə 0,7 faiz və ya 386 manat artırılaraq 56 800 manata çatıb.
Ali təhsil müəssisəsi
Ötən il (AZN)
Bu il (AZN)
Fərq (AZN)
Faiz artımı (%)
Bakı Dövlət Universiteti
923 232
965 358
42 126
4,56
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
628 675,68
684 324,48
55 648,80
8,85
Azərbaycan Dövlət Pedaqoji Universiteti
451 335,84
482 813,52
31 477,68
6,97
Azərbaycan Tibb Universiteti
656 206,12
708 113,28
51 907,16
7,91
Azərbaycan İdman Akademiyası
218 510,04
242 490
23 979,96
10,97
Texniki Universiteti
398 775,48
437 204,16
38 428,68
9,64
Azərbaycan Dillər Universiteti
220 096,67
239 332,32
19 235,65
8,74
Azərbaycan Memarlıq və İnşaat Universiteti
310 104
332 476,8
22 372,80
7,21
Prezident yanında Dövlət İdarəçilik Akademiyası
88 910,64
97 732,32
8 821,68
9,92
Azərbaycan Milli Konservatoriyası
70 000
76 000
6 000
8,57
Azərbaycan Turizm və Menecment Universiteti
62 445,6
66 070,56
3 624,96
5,8
Bakı Mühəndislik Universiteti
376 712,64
405 825,6
29 112,96
7,73
Bakı Musiqi Akademiyası
56 413,44
56 800,01
386,57
0,69
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.