Türkiyənin Malatya vilayətində hava məkanının qorunması üçün "Patriot" sistemi yerləşdiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Milli səviyyədə gördüyümüz tədbirlərə əlavə olaraq, NATO tərəfindən hava və raketdən müdafiə tədbirləri artırılıb. Bu çərçivədə, hava məkanımızın qorunmasına dəstək vermək üçün təyin olunan bir "Patriot" sistemi Malatyada yerləşdirilir", - məlumatda qeyd olunub.
"Patriot" sistemləri (MIM-104) taktiki ballistik raketlərə, qanadlı raketlərə və müasir təyyarələrə qarşı istifadə olunan, radara əsaslanan, mobil və uzun mənzilli hava hücumundan müdafiə sistemidir.
Xatırladaq ki, ötən gün İrandan Türkiyəyə növbəti dəfə raket atılıb.
Milli.Az