AZ

Müşfiq Abbasov azadlığa buraxıldı

Keçmiş müstəntiq, yazıçı Müşfiq Abbasov azadlığa buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, onun 15 sutkalıq inzibati həbs cəzası martın 10-da başa çatıb.

M.Abbasov ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını söyləyib:

“İttihamlar və digər nüanslarla bağlı “Facebook”da ətraflı status yazacam. Ümumi götürsək, mənə qarşı irəli sürülən ittihamlarla özümü qətiyyən təqsirli hesab etmirəm. Mənim hansısa statusumda heç bir inzibati pozuntu olmayıb. Səhhətim qaydasındadır. Saxlandığım yerdən də çox razıyam. Gündə 3 dəfə yeməklə, çayla, telefon danışığı ilə təmin olunmuşam. Hər şey yaxşıdır və qaydasındadır”.

Xatırladaq ki, Müşfiq Abbasov fevralın 23-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
15
1
yenisabah.az

2Mənbələr