AZ

Görünməmiş qalmaqal, 23 "qırmızı" - Video

style='margin-bottom:10px;'>

Braziliya ştat çempionatının finalının "Kruzeyro" – "Atletiko Mineiro" oyununda görünməmiş qalmaqallı hadisə baş verib.

QOL.az-ın Braziliyanın media qurumlarına istinadən yaydığı xəbərə görə, Belo-Orizontidə 50 min azarkeşin izlədiyi matçda cəmi bir qol vurulub. "Kruzeyro"dan Kayo Jorje fərqlənib.

Matçın sonlarında isə vəziyyət tamamilə nəzarətdən çıxıb. “Kruzeyro”nun yarımmüdafiəçisi Kristian topun artıq qapıçıda olmasına baxmayaraq, “Atletiko Mineyro”nun qapıçısı Eversona kobud müdaxilə edib. Bundan sonra qapıçı rəqibin üzərinə gedərək etirazını bildirib və futbolçular arasında mübahisə başlayıb.

Qısa müddətdə meydanda kütləvi dava düşüb. Hər iki komandanın futbolçuları və ehtiyat oyunçuları qarşıdurmaya qoşulub. Onları arasında hazırda "Atletiko"da çıxış edən ulduz futbolçu Halk da olub. Dava meydanın müxtəlif hissələrində bir neçə dəfə təkrarlanıb. Bu səbəbdən hakim təxminən 10 dəqiqəlik fasilədən sonra oyunu başa çatdırıb.

Ən maraqlı məqam isə bundan sonra baş verib. Baş hakim meydanda dərhal qərar vermək əvəzinə, bütün insidentləri matçın protokolunda qeyd edib və ümumilikdə 23 qırmızı vərəqə göstərib. Onlardan 12-si “Kruzeyro”, 11-i isə “Atletiko Mineyro” futbolçularına verilib.

Foto: Rodney Costa/Zimel Press/Gazeta Press

Seçilən
23
teleqraf.com

1Mənbələr