AZ

Məşhur müğənninin narkotik testi müsbət çıxdı

Məşhur müğənni Edisin narkotik testinin nəticələri açıqlanıb...

Milli.Az xəbər verir ki, narkotik araşdırması çərçivəsində Məhkəmə Tibbi Ekspertiza İnstitutunda testdən keçən müğənni Edis Görgülü ilə bağlı hazırlanan hesabat istintaq faylına əlavə edilib.

Müğənni Edis Görgülünün narkotik araşdırması çərçivəsində Məhkəmə Tibbi Ekspertiza İnstitutunda müayinədən keçməsindən sonra hazırlanan hesabatda onun saç nümunəsində kokain olduğu aşkar edilib.

Qeyd edək ki, istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan Edis Görgülü, 27 fevralda xaricdən qayıtdıqdan sonra hava limanında saxlanılıb.

Poliqon.info

Seçilən
43
3
poliqon.info

4Mənbələr