AZ

Şvarzzeneqer ekrana qayıdır

Olay.az saytından alınan məlumata görə, ain.az bildirir.

Arnold Şvarzzeneqer “Kral Konan” filmində baş rolu oynamağa hazırlaşır.

OLAY yazır ki, aktyorun sözlərinə görə, “Konan-varvar” filminin davamının ssenarisi və quruluşu ilə Christofer Makkuri məşğul olacaq. O, “Mission: Impossible” franşizasının dörd hissəsi ilə tanınır. Gözlənilir ki, Arnold Şvarzzeneger bu filmdə yaşlanmış qəhrəmanı canlandıracaq.

Bundan əlavə, məşhur aktyor yeni “Predator” filmində Datç roluna qayıtmaq ehtimalını da müzakirə edib. Həmçinin onun “Commando” filminin mümkün davamında görünməsi də istisna edilmir.

Xatırladaq ki, məhz ''Conan the Barbarian'' (1982) və onun davamı ''Conan the Destroyer'' (1984) vaxtilə gənc Şvarzzeneger böyük şöhrət qazandırmış və onu döyüş filmlərinin ulduzu kimi məşhurlaşdırmışdı. İndi isə onilliklər sonra tamaşaçılar qüdrətli qəhrəmanın taleyinin daha yetkin yaşda necə davam etdiyini görə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
olay.az

1Mənbələr