ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Milli Məclisin deputatı Razi Nurullayev ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı yol göstəriciləri ilə bağlı çatışmazlıqlara diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, o bildirib ki, bölgələrə gedərkən bir çox yollarda nişanların, xətlərin və yaşayış məntəqələrinin adlarını göstərən lövhələrin azlığı açıq görünür:
“Bu hal məsuliyyətin və nizamın yetərli olmamasından xəbər verir. Başqa ölkələrdə sürücülər yol göstəriciləri sayəsində əlavə sorğuya ehtiyac duymur. Həmin ölkələrdə demək olar ki, hər 50–100 metrdən bir yol nişanına rast gəlmək olur. Sürücü sağa-sola baxmadan nişanlar vasitəsilə hansı qəsəbəyə, hansı şəhərə və ya hansı ölkəyə getdiyini, habelə həmin yerə nə qədər məsafə qaldığını asanlıqla görə bilir. Bu cür göstəricilər bir neçə kilometrdən bir təkrar verilir və sürücülərin hərəkətini asanlaşdırır. Biz indi hansı əsrdə yaşayırıq ki, insanlar yolu soruşa-soruşa getsin?”.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.