AZ

Xocavənddə şəhid anaları və xanımları evlərində ziyarət olunub ŞƏRH

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

8 mart 2026-ci il tarixdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə YAP Xocavənd Rayon Təşkilatı və Xocavənd rayon İcra Hakimiyyəti əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəman övladlarımızın ailələrini ziyarət edib, şəhid analarına və xanımlarına bayram təbriklərini çatdırıblar.

Şəhid ailələrinin ziyarəti zamanı Şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacağı və gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Bildirilib ki, ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bu gün Xocavənd rayonunda da davam etdirilir.

Şəhid anaları və xanımları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
sesqazeti.az

1Mənbələr