AZ

“Suallar hazırlığa gedən uşaqlar üçün hesablanıb” -Müəllimdən buraxılış imtahanına ETİRAZ

Ötən gün 11 illik orta təhsil səviyyəsi üzrə bu ilin ilk buraxılış imtahanı keçirilib. İmtahandan sonra isə müəllimlər, şagirdlər və vaıdeynlər tərəfindən kəskin narazılıqlar bildirilir. Qeyd olunur ki, suallar çox çətin olub.

Redaktor.az danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov imtahanın çətin olduğu fikrindədir:

"Dünənki suallar buraxılış imtahanına görə çox çətin salınmışdı. Sualları tərtib edənlər 3 saatlıq vaxt məhdudiyyətini nəzərə almamışdılar. Fənləri tək-tək versələr, bir gün biri, o biri gün biri əslində yazmaq olar. Amma 3 saat ərzində fənləri yazmaq, sualların çətinliyini də nəzərə alsaq, bu şagirdlərdə psixoloji gərginlik yaradıb. Bunun nəticəsində ümumi nəticələr zəif olacaq".

Repetitor vurğuladı ki, bu imtahanda yalnız psixologiyası güclü olan, özünü toparlaya bilən şagirdlər uğur qazana biləcəklər:

"Azərbaycan dilində qrammatika ilə bağlı suallarda 1 sualın içərisində bir neçə mövzu soruşulur. Bu isə vaxt aparır. Əgər öz gücünüzü hansısa şagirdin üstündə yoxlamaq istəyirdinizsə, bu o meydan deyil. Özünüz üçün başqa meydan axtarmalı idiniz. Tutaq ki, hazırlıq sistemi yoxdur, onda nə olacaqdı? Suallar orta məktəbdə təhsil alan şagird üçün yox, hazırlığa gedən uşaqlar üçün hesablanıb. Şagird hansısa testi yazmaq üçün düşən mövzuları yadına salmalıdır. Eyni zamanda onu tətbiq etməlidir. Bu da müəyyən vaxt itkisinə səbəb olur. Nəticədə belə bərbad vəziyyət alınıb".

Aytəkin TOFİQQIZI

 

Seçilən
46
50
redaktor.az

10Mənbələr