AZ

Ukrayna Dnepropetrovsk bölgəsini tam azad edib

ain.az bildirir, Reyting.az portalına istinadən.

Ukrayna müdafiə qüvvələri ölkənin cənubunda hücum əməliyyatı aparır və artıq Dnepropetrovsk bölgəsinin demək olar, bütün ərazisini azad edib.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyatlar İdarəsinin rəisi, general-mayor Oleksandr Komarenko deyib.

“Ərazimizin 400 kvadrat kilometrdən çox hissəsi artıq azad edilib. Arxa zonaya nüfuz etmiş düşmən elementlərindən bir qədər kiçik bir ərazi təmizlənib. Dnepropetrovsk vilayətinin demək olar ki, hamısı azad edilib. Üç kiçik yaşayış məntəqəsinin ələ keçirilməsi başa çatdırılmalı, daha iki yaşayış məntəqəsinin isə təmizlənməsi lazımdır”, - deyə o bildirib.

General əlavə edib ki, bu uğurlar sayəsində fevral ayında itirilən ərazidən daha çox ərazi azad edilib.

Komarenko həmçinin bildirib ki, bu, bütün təsdiq və koordinasiya prosedurlarından keçmiş planlaşdırılmış hücum əməliyyatıdır. Əməliyyat bu ərazini müdafiə edən mexanikləşdirilmiş briqadaların dəstəyi ilə hava-hücum qoşunları və hücum qoşunları tərəfindən həyata keçirilir.

General qeyd edib ki, cəbhədə vəziyyət “mürəkkəb, lakin idarəolunandır”. Onun sözlərinə görə, düşmənin əsas səylərini cəmləşdirdiyi Pokrovskoe və Aleksandrovskoe istiqamətləri ən çətin nöqtə olaraq qalır.

“Lakin biz aktiv əməliyyatlarımız vasitəsilə vəziyyəti tədricən sabitləşdiririk. Hazırda Pokrovsk və Mirnoqrad ərazilərində düşmən hücumlarının sayı qüvvələrinin Oleksandrivsk sektoruna yönləndirilməsi səbəbindən bir qədər azalıb”, - deyə general əlavə edib.

O əlavə edib ki, yaz kampaniyası zamanı Pokrovsk, Oleksandrivsk və Zaporojjya sektorları ruslar üçün prioritet ərazilər olaraq qalacaq:

“Bunlar onların məqsədlərinə çatmaq üçün cəmləşdiyi ərazilərdir. Birincisi, Luqansk və Donetsk bölgələri üzərində tam nəzarət.

İkincisi, Zaporojye və Dnepropetrovsk bölgələrində maksimum irəliləyiş”.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
reyting.az

1Mənbələr