Bakı. Trend:
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda "ƏDV geri al”layihəsi çərçivəsində 35 milyon manata yaxın vəsait istehlakçılaraqaytarılıb.
Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.
Belə ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində ölkəərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərənşəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər,alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatrtamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrinkonserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbipraktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilənxidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşməvasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindəngecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkilbanklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 34 milyon 926,2min manat olub.
Qeyd edilib ki, 2026-cı ilin yanvar-fevral aylarında xaricivətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçünalınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“taxfree”) məbləği 1.368,4 min manat təşkil edib.