AZ

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib

Vatikan, 10 mart, AZƏRTAC

Dünyada çox narahatedici vəziyyətlər və hadisələr baş verir. Lakin, əlbəttə ki, indiki şəraitdə biz sülh insanları olmağa və hər yerdə sülh qurmağa çalışmağa çağırılırıq.

AZƏRTAC xəbər verir ki, bu fikri Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşəbbüsü ilə martın 9-da Romada təşkil olunan iftar mərasimi zamanı jurnalistlərə müsahibəsində deyib.

Bu baxımdan Romadakı iftar mərasiminin önəmini qeyd edən kardinal bildirib: “Düşünürəm ki, belə məqamlar bu baxımdan çox faydalı ola bilər. Çünki biz müxtəlif dinlərə və mədəniyyətlərə mənsub, lakin eyni sevgi, sülh, həmrəylik hissləri, daha sülhpərvər və qəbul edilə bilən bir dünya qurmaq iradəsində birləşən insanları bir araya gətiririk. Qafqaz Müsəlmanları İdarəsinin sədri və bir çox digər dini liderlərlə bu fikirləri bölüşmək, həmçinin sülhpərvər bu gün və daha sülhpərvər gələcək naminə öhdəliyimizi yeniləmək imkanına görə çox minnətdaram”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
45
4
azertag.az

5Mənbələr