AZ

Yolda dava edən sürücülər bu görüntülərə mütləq baxsın VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tanınmış bloqer Şükran Sultanov yol hərəkəti zamanı sürücülər arasında baş verən mübahisələrə diqqət çəkmək məqsədilə sosial çarx paylaşıb.

Avtosfer.az xəbər verir ki, paylaşımda vurğulanır ki, yolda bir anlıq əsəb və emosional davranış ciddi və arzuolunmaz nəticələrə səbəb ola bilər. Sosial çarxda sürücülərin müxtəlif səbəblərdən yolda bir-biri ilə mübahisə etməsi və bunun bəzən davaya çevrilməsi diqqətə çatdırılır.

Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO

Bildirilib ki, bəzi hallarda bu cür mübahisələr daha təhlükəli mərhələyə keçərək bıçaqlanma və hətta ölüm halları ilə nəticələnə bilir. Çarxın əsas mesajı isə sürücülərin sükan arxasında daha səbirli və təmkinli davranmasının vacibliyidir.

Şükran Sultanov sürücülərə müraciət edərək onları yolda əsəblərini cilovlamağa, ailələrini və övladlarını düşünməyə çağırıb. Onun sözlərinə görə, bir anlıq əsəb illərlə qurulan həyatı alt-üst edə bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
avtosfer.az

1Mənbələr