AZ

Ermənistan Xarici Kəşfiyyat Xidməti: Diaspora seçkilərlə bağlı təzyiq edilir

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı il 7 iyun tarixində keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində digər ölkələrdə yaşayan ermənilərə və Ermənistan vətəndaşlarına təzyiq göstərilir.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatında deyilir.

Xidmətin məlumatına görə, müxtəlif ölkələrdə bəzi subyektlər, həmin ölkələrin xüsusi xidmət orqanlarının adından hərəkət edərək, iqtisadi fəaliyyətlə məşğul olan ermənilərə və Ermənistan vətəndaşlarına təzyiq göstərməyə çalışırlar.

“Məqsəd bu şəxsləri Ermənistanda parlament seçkilərində iştirak etmək üçün müraciət etmiş müəyyən siyasi qüvvələri dəstəkləməyə təşviq etməkdir. Bu, maliyyə və təşkilati xarakterli fəaliyyətlər də daxil olmaqla, müxtəlif şəkildə reallaşa bilər”, - bəyanatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
6
apa.az

7Mənbələr