AZ

Avstraliya beş iranlı qadın futbolçuya humanitar viza verib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da Kanberra Avstraliyada keçirilən Asiya Kuboku matçında dövlət himnini oxumaqdan imtina etdikləri üçün vətənə qayıtdıqdan sonra təqib olunmaqdan qorxaraq sığınacaq istəyən beş iranlı qadın futbolçuya humanitar viza verib.

AZƏRTAC xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanesenin sözlərinə görə, hazırda Avstraliyada olan İran milli komandasının digər oyunçuları üçün də belə bir yardım mövcuddur, lakin bunu qəbul etmək qərarı onların öz ixtiyarındadır.

“Avstraliyalılar bu cəsur qadınların faciəsindən təsirləniblər”, - deyə Baş nazir çərşənbə axşamı Kanberrada keçirilən mətbuat konfransında bildirib. Bu bəyanat polisin qadınları İran hökumət agentlərinin nəzarətindən xilas etməyə köməklik göstərməsindən bir gün sonra verilib. Avstraliya hökumətinin başçısı əlavə edib: “Onlar burada təhlükəsiz şəraitdədir və özlərini evdəki kimi hiss etməlidirlər”.

ABŞ Prezidenti Donald Tramp qadınların qalmasına icazə verdiyinə görə Baş nazir Entoni Albaneseni tərifləyib. O, daha əvvəl sosial mediada yazıb ki, Avstraliya komandanın evə göndərilməsinə icazə verməklə “dəhşətli humanitar səhvə yol verir”. Görünür ki, Tramp Avstraliyanın bir neçə gündür qadınlarla gizli danışıqlar apardığından xəbərsiz olub.

Trampın sözlərinə görə, komanda üzvləri İrana qayıtmağa məcbur edilərsə, “çox güman ki, öldürüləcəklər”. O əlavə edib: “Əgər onları istəmirsinizsə, ABŞ bu qadınlara sığınacaq verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
2
azertag.az

3Mənbələr