AZ

Cahangir Cahangirov adına Xor kollektivinin 90 illiyi çərçivəsində növbəti konsert

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 10 mart, AZƏRTAC

Martın 18-də Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin “Ay qadası” adlı konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, konsertdə sevilən və illərdir dillər əzbəri olan xalq mahnılarımız səslənəcək.

Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.

Tədbirin aparıcısı Saleh Bağırov olacaq.

Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il yaranmasının 90 illiyi tamam olur. İl ərzində təşkil ediləcək konsertlər də orkestrin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
azertag.az

1Mənbələr