AZ

Ayın 11-də 15 dərəcə şaxta olacaq, güclü qar yağacaq - PROQNOZ

Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək, gündüz 7 dərəcədən 11 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcədən 5 dərəcəyədək, gündüz 7 dərəcədən 12 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -10 dərəcədən -15 dərəcəyədək, gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.

Seçilən
59
49
day.az

10Mənbələr