Astana. Trend:
Qazaxıstan Azərbaycanla Transxəzər Beynəlxalq NəqliyyatMarşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafı üzrə əməkdaşlığa dairhökumətlərarası saziş imzalamağı planlaşdırır.
Trend bu barədəQazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
“Marşrutda iştirak edən ölkələr marşrutun inkişafı, onunbeynəlxalq yük göndərənlər üçün cəlbediciliyinin artırılması vəburaxıcılıq qabiliyyətinin yüksəldilməsi istiqamətində birgə işidavam etdirəcəklər. Belə ki, TBNM-in institusional statusununyüksəldilməsi məqsədilə Azərbaycanla TBNM-in inkişafı üzrəəməkdaşlığa dair hökumətlərarası saziş layihəsi hazırlanıb. Onunyaxın vaxtlarda imzalanması planlaşdırılır”, – deyə nazirliyinməlumatında bildirilir.
Məlumata görə, son 7 ildə TBNM üzrə daşımaların həcmi 5 dəfəartaraq ildə 0,8 milyon tondan 4,5 milyon tona çatıb. 2025-ci ilinyekunlarına görə bu marşrutla təxminən 77 min TEU daşınıb. 2029-cuilə qədər plan 300 min TEU təşkil edir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.