AZ

WADA-nın Avropa üzrə Regional Simpoziumu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salınıb

Ümumdünya Antidopinq Agentliyi (WADA) 18-19 mart 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salıb. “İki sahil” xəbər verir ki, simpoziumdan əvvəl Bakı şəhərində təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verib.  

WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və  logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.

Seçilən
61
9
ikisahil.az

10Mənbələr