Roma, 10 mart, AZƏRTAC
Dünyada gedən proseslərlə əlaqədar çox çətin vaxtda biz digər dinlərin nümayəndələri ilə birləşib bu iftar mərasimində sülhə çağırış etdik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov deyib.
Səfir bu tədbirin mühüm bir prosesin başlanğıcı olduğunu qeyd edərək bildirib: “Çünki biz belə qərara gəldik ki, hər il bu cür tədbirlər keçirək. Bu, bir daha göstərdi ki, Azərbaycan tolerant, multikultural ölkədir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Roma