ain.az bildirir, Bizimyol portalına istinadən.
İran prezidenti Məsud Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib. Pezeşkian “X” hesabında paylaşım edərək yazıb: “Hörmətli dost və qonşu ölkələrin rəhbərləri. Sizin dəstəyiniz və diplomatik səylər vasitəsilə müharibədən yayınmağa çalışdıq. Lakin hərbi hücuma görə özümüzü müdafiə etməkdən başqa seçimimiz qalmadı. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və hələ də hesab edirik ki, regionun sülh və təhlükəsizliyi məhz region ölkələri tərəfindən təmin olunmalıdır”, - deyə prezident yazıb.Məsud Pezeşkianın dediyi ilə İranın davranışı üst-üstə düşmür, İranda idarəetmədə koordinasiya nəzarət itkisi ola bilərmi?
Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, İranın bir çox işlərdə, təəssüflər olsun ki, əməlləri ilə elə bəyanatları üst-üstə düşməyib. Biz bunu “nüvə sazişində” də görmüşük: “Onların dedikləri ilə açıqlamaları heç vaxt üst-üstə düşmür. Çünki bir yandan İran bəyan edirdi ki, “nüvə silahı haramdır, nüvə silahı olmaz”. Digər bir tərəfdən isə nüvə proqramını inkişaf etdirdi. Bu da bir daha fars rejiminin, daha doğrusu İran molla rejiminin nə qədər riyakar və ikiüzlü olduğunu göstərir. Yəni bu da aksiomadır, danılmaz faktdır. Bu, gerçəkdir”.
Rufiz Hafizoğlu
Siyasi şərhçi hesab edir ki, Məsud Pezeşkian İranın bəxtsiz, ən uğursuz prezidentidir: “Bəli, dostumuzdur. Türk əsillidir, yəni belə fikirlər var. İranda prezident İslam “elita”sının içindən gəlməyibsə, onun ümumiyyətlə hər hansı bir yetkisi, hər hansı bir söz sahibi olmaq kimi şansı yoxdur. Azərbaycan bu münaqişənin birinci günündən etibarən maksimum neytrallığını qorumağa çalışırdı. Bu gün Azərbaycan Naxçıvan yeni iki dron hücumuna məruz qaldı, vətəndaşlarımız yaralandı, rəsmilərimiz buna rəsmi açıqlama verdi. Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Hikmət Hacıyevin açıqlamaları var idi. Bu hücum bir daha onu göstərir ki, Azərbaycan bu məsələdə, ümumiyyətlə İran məsələsində səssiz qalmayacaq.
Ümumiyyətlə, biz dövlət olaraq, heç bir halda İranın ərazilərinin, ümumiyyətlə İrana hərbi müdaxiləni dəstəkləməmişik. Xameneinin öldürülməsindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İranın ölkəmizdəki səfirliyinə gedərək Müctəba Dərmiçilu ilə görüşüb və Ayətullah Seyyid Əli Xameneinin ölümü ilə əlaqədar başsağlığı verib. Bu da Azərbaycan xalqının bu məsələdə nə qədər həssas olduğunu bir daha prezidentin simasında göstərmək idi. Amma təəssüflər olsun ki, İran bunu qanmadı, sözün əsl mənasında qalmadı. 1990-cı illərdə Ermənistanın o taktikası var idi. Yəni şəhərləri vurmaq, eyni zamanda Naxçıvanı Azərbaycandan ayırmaq kimi taktika vardı”.
Rufiz Hafizoğlu qeyd edib ki, bu gün Amerika Birləşmiş Ştatlarının və eləcə də Avropa İttifaqının bazaları Ermənistanda da var: “Ermənistana bir şey oldumu? Yox. Amma Azərbaycan neytral mövqe saxlayırdı, onun ərazilərinə kamikadze dron hücumları oldu”.
İranda idarəetmə kimin əlindədir?
“Bu gün Pezeşkian hər hansı bir iradə sahibi deyil. Bu, Pezeşkianın zəif lider olmasından irəli gələn məqam deyil. Bu, məhz İranın mövcud sistemindən irəli gələn bir məqamdır. Bu baxımdan, İrana haqq qazandırmaq yanlış olardı. Bu baxımdan düşünülmüş, heç bir təsadüf olmayan, qəsdən atılan bir addımdır”-deyə Rufiz Hafizoğlu bildirib.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.