AZ

The Weeknd pul göndərdiyi Nükhet Duruya cavab verdi

Olay.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kanadalı dünya şöhrətli sənətçi The Weeknd türk musiqisinin tanınmış simalarından Nükhet Durunun onun haqqında səsləndirdiyi fikirlərə sosial mediada cavab verib.

OLAY yazır ki, məşhur müğənninin Duruya məxsus əsərdən istifadə etməsi ilə bağlı paylaşımına “Mənim üçün bir zövqdür” qeydi yazması diqqət çəkib.

Kanadalı ulduz The Weeknd 2014-cü ildə yayımladığı Often adlı mahnısında Nükhet Durunun ifa etdiyi “Ben sana vurgunum” mahnısından bir hissədən istifadə etmişdi.

Məlumata görə, mahnı yayımlanmadan əvvəl sənətçinin komandası həm Nükhet Duru, həm də əsərin bəstəkarı Ali Kocatepe ilə əlaqə saxlayaraq lazımi icazələri alıb. Bu “sample” sayəsində türk musiqisi beynəlxalq pop mahnısında yer almışdı.

Nükhet Duru son olaraq jurnalist İzzet Çapanın YouTube proqramında mövzu ilə bağlı danışıb.

Duru bildirib ki, The Weeknd onun mahnısından istifadə etdikdən sonra mütəmadi müəllif hüquqları gəliri əldə edir:

“The Weeknd ‘Often’ mahnısında mənim mahnımdan istifadə etdiyi üçün daim pul göndərir. Oradan yaxşı gəlir əldə etdim”.

Nükhet Durunun bu sözləri sosial mediada qısa müddətdə gündəm olduqdan sonra The Weeknd də məsələyə reaksiya verib. Məşhur sənətçi Durunun açıqlamasını öz sosial media hesabında paylaşaraq “Mənim üçün bir zövqdür” qeydini yazıb.

Buna cavab olaraq Nükhet Duru isə “Musiqinin sərhədi yoxdur… Sevgilərimi göndərirəm, şahzadəm” sözləri ilə təşəkkür edib və musiqinin universal gücünü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
olay.az

1Mənbələr