AZ

İrana göndərilən humanitar yardım Astara sərhədinə çatıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

Hafta.az xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Hazırda humanitar yardım yüklənmiş avtomobillər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

09:30

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım göndərilir. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınır. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları daxildir.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə məlumat verib. Onun sözlərinə görə, göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

E.Həsənzadə bildirib ki, humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınır və qısa müddətdə təyinat yerinə çatdırılacaq.

Qeyd olunub ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Humanitar yardım karvanını Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İranın Astara şəhərinədək müşayiət edirlər.

Seçilən
65
17
hafta.az

10Mənbələr