AZ

Məktəbyaşlı uşaqlar üçün istehlakçı hüquqları barədə açıq dərslər keçirilib

Kiçik istehlakçılara malik olduqları hüquqlar əyani misallar əsasında izah olunub, bu hüquqların qorunması ilə bağlı müvafiq tövsiyələr verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərində açıq dərslərin keçirilməsinə başlanılıb. “İki sahil” xəbər verir ki, bu çərçivədə Agentliyin nümayəndələri Suraxanı rayonu 87 nömrəli və Sabunçu rayonu 187 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri ilə görüşüblər.

Məktəbyaşlı uşaqlara istehlakçı hüquqları ilə bağlı ilkin biliklərin aşılanması məqsədilə keçirilən açıq dərsdə Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, kiçik istehlakçıların öz hüquqlarını daha yaxşı mənimsəmələri üçün praktiki misallar üzərindən izahlar verilib. Malın dəyişdirilməsi və qaytarılması zamanı əməl edilməli olan qaydalar və dəyişdirilməli olmayan mallar barədə məlumatlar şagirdlərin diqqətinə çatdırılıb, onlara mağazada mal alarkən və ya hər hansı xidmətdən istifadə edərkən məlumat almaq, sərbəst seçim etmək hüquqlarından istifadə imkanları izah olunub.

Açıq dərs zamanı şagirdlərin sualları cavablandırılıb, mövzu ilə bağlı onları maraqlandıran məqamlara aydınlıq gətirilib, müvafiq tövsiyələr verilib.

Seçilən
2
ikisahil.az

1Mənbələr