AZ

Almaniya diplomatlarını İraqdan çıxardı

Almaniya Yaxın Şərqdə artan təhlükəsizlik riskləri səbəbindən İraqdakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq ölkədən çıxarıb.

Aktual.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bağdaddakı Almaniya səfirliyinin işçiləri müvəqqəti olaraq İraqdan köçürülüb. İşçilərin təhlükəsizliyi daim qiymətləndirilir. Bir müddətdir hüquqi və konsulluq xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab olaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə zərbələr endirir

Seçilən
73
ulusum.az

1Mənbələr