AZ

Moldova neft məhsullarinin 90 günlük strateji ehtiyati yaradacaq

Yaxın Şərqdəki gərginlik səbəbindən Moldova hökuməti 90 günlük idxala bərabər neft məhsullarının strateji ehtiyatı yaratmağı planlaşdırır.

Herbiand.az bu barədə ölkənin Energetika Nazirliyi rəsmi Facebook səhifəsində ictimai müzakirə üçün dərc edilmiş qanun layihəsinə istinadən məlumat verir.

Təşəbbüsdə ehtiyatların dövlət və idxalçı şirkətlər tərəfindən bərabər şəkildə - hər biri 50% -dən formalaşdırılması təklif olunur. Yanacağın ən azı 60%-i daxili ehtiyatda, qalan hissəsi isə xaricdə saxlanılmalıdır. Ehtiyata dizel, benzin və aviasiya yanacağı daxil olacaq. Ehtiyatların istifadəsinə yalnız təchizat böhranı halında, hakimiyyət orqanları neft məhsulları sektorunda fövqəladə vəziyyət elan etdikdə icazə verilir. Moldovadakı mövcud kommersiya yanacaq ehtiyatları 21-30 günlük daxili istehlakı əhatə edir.

4 martda Moldova hökuməti ölkənin enerji təhlükəsizliyini qorumaq üçün enerji sektorunda 60 günlük yüksək hazırlıq vəziyyəti elan etib. Martın 6-da Xarici İşlər Nazirliyi Kişinyovun Bakıdan neft məhsullarının idxalını və birgə layihələri nəzərdən keçirdiyini bildirib.

Seçilən
50
herbiand.az

1Mənbələr