Rusiya Ukrayna ordusuna məxsus Su-27 qırıcı təyyarəsinin vurub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcı təyyarəsi vurulub. Təyyarənin pilotunun Ukrayna ordusunun 39-cu Taktiki Aviasiya Briqadasının komandiri Aleksandr Dovqaç olduğu bildirilib.