AZ

“Macarıstan böyük məbləğdə pulun nəyə xərcləndiyini bilmək istəyir” - Siyarto

Oschadbank-ın nəqliyyat vasitələri ilə daşınan Ukrayna vəsaitlərinin saxlanılması məsələsi Macarıstanın milli təhlükəsizliyi ilə bağlıdır.

Herbiand.az bildirir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Nazir xüsusilə, bu məbləğin Macarıstanda parlament seçkilərinə müdaxilə ilə əlaqəli olub-olmadığı barədə sual verib: “Onlar bu qədər  böyük məbləği nəyə xərcləyiblər və nəyə xərcləyəcəklər? Macarıstana yüz milyonlarla avro və dolların daşınmasının ukraynalıların Macarıstanda parlament seçkilərinə getdikcə daha çox müdaxiləsi ilə hər hansı bir əlaqəsi varmı? Sual budur ki, bu yüz milyonlarla avro və dollar nağd pulun nə qədəri Macarıstanda xərclənib və kimin maraqları naminə edilib”.

Macarıstan səfirinin Ukrayna Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı şərh verən Siyarto bildirib ki, ukraynalılar Macarıstan vasitəsilə yüz milyonlarla avro və yüz milyonlarla dollar daşıyarkən tutulduqdan sonra ciddi panikaya düşüblər: “Və bu, Macarıstan üçün milli təhlükəsizlik məsələsidir, çünki Ukrayna kəşfiyyat xidmətləri və ordusu ilə əlaqəli şəxslərin bu nağd pulun daşınmasını niyə müşayiət etdiyini bilmək yaxşı olardı”.

O əlavə edib ki, əgər Ukrayna bu suallara cavab təqdim etməsə, onda  Macarıstan özü onları müstəqil axtarmalı olacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
82
herbiand.az

1Mənbələr