Yazını böyüt
Yazını kiçilt
Xalq artisti Aygün Kazımova “Nargiz magazine” jurnalının mart buraxılışının üz qabığını bəzəyib.
Hafta.az xəbər verir ki, pop kraliça dərgi üçün olduqca diqqətçəkən və fərqli obrazlar yaradıb.
Diva bu dəfə Novruzun rəmzi sayılan Bahar qızı obrazını canlandırmaqla yanaşı, məşhur meksikalı rəssam Frida Kahlonu xatırladan tərzdə də kamera qarşısına keçib.
Dərgidə Aygün Kazımovanın jurnalın baş redaktoru Ülviyyə Mahmudova ilə maraqlı müsahibəsi yer alıb.
Fotosessiya zamanı dörd fərqli geyimdən istifadə edən Kazımova həm milli motivləri, həm də sənət üslubunu özündə birləşdirən maraqlı görüntülər təqdim edib. Kazımovanın şəkillərini isə fotoqraf Azər Cəfər lentə alıb.