AZ

G7 ölkələrinin strateji neft ehtiyatlarından istifadəsi birjalardakı qiymətləri sabitləşdirməyəcək

Bakı, 10 mart, AZƏRTAC

Yaxın Şərqdəki münaqişə davam edəcəyi təqdirdə G7 ölkələrinin strateji ehtiyatlarından bazara yüz milyonlarla barrel neft çıxarması yanacaq qiymətlərini uzun müddət sabitləşdirə bilməz.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə ekspertlərə istinadla məlumat yayıb.

Məlumata görə, hazırkı tədarük şoku 1950-ci illərdə baş verən Süveyş böhranı ilə müqayisədə xeyli böyükdür və belə olan halda neft axınını ehtiyatlarla əvəz etmək çox çətindir. Ekspertlər genişmiqyaslı tədbirlərə baxmayaraq, dünya neft bazarının qlobal tədarük şoklarına qarşı hələ də həssas olduğunu bildiriblər.

Martın 9-da G7 ölkələri bir barrel neftin qiymətinin 119 dollara qalxması fonunda strateji ehtiyatlardan istifadə etməyə hazır olduqlarını açıqlayıb.

Seçilən
34
1
azertag.az

2Mənbələr