AZ

"Ya nüvəni dayandır, ya da yox ol" – Ağ Evdən İranın yeni liderinə ölüm hökmü

ABŞ-ın yeni administrasiyası İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneyiyə qarşı misli görünməmiş dərəcədə sərt şərtlər irəli sürüb.

Musavat.com xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzeti Amerika rəsmilərinə istinadən Donald Trampın İranın yeni liderinin fiziki olaraq məhv edilməsi planını dəstəkləyəcəyini yazıb.

Məlumata görə, bu radikal addım yalnız o halda atılacaq ki, Müctəba Xameneyi Vaşinqtonun əsas tələblərini, xüsusilə də nüvə proqramından tamamilə imtina şərtini yerinə yetirməsin.

Qəzetin həmsöhbətləri qeyd ediblər ki, Xameneyinin aradan qaldırılması üzrə konkret əməliyyatı İsrail xüsusi xidmət orqanları həyata keçirə bilər, ABŞ isə bu prosesə tam siyasi və logistik dəstək verəcək.

Trampın bu mövqeyi Tehranda rejim dəyişikliyi və ya tam təslimiyyət ssenarisinin artıq ən yüksək səviyyədə təsdiqləndiyini göstərir. Analitiklər hesab edirlər ki, Vaşinqton bu yolla İranın yeni rəhbərliyinə heç bir manevr imkanı tanımır və onları "ya nüvəsiz gələcək, ya da ölüm" seçimi qarşısında qoyur.

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr