AZ

“Məryəm”lə yolları bu dəfə həbsxanada kəsişəcək...

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin məşhur serialı “Uzak şehir”ə yeni aktrisa daxil olacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, 55-ci bölümdə serialda yer alacaq Ceren Moray “Cihan Albora”nın keçmiş sevgilisi olan Məryəm obrazını canlandıracaq.

Qeyd edilib ki, bu obraz üçün çox sayda qadın aktrisa ilə görüş keçirilib. Əsas tələb isə “Məryəm”ə həyat verəcək şəxsin güclü aktyorluq qabiliyyətinə malik olması olub.

Ssenariyə əsasən, illər əvvəl “Cihan”la toy günü baş verən silahlı hücumdan sonra yollarının ayrılması və Cihanın başqa bir qadınla evlənməsi “Məryəm”in həyatını alt-üst edib. Uzun müddətdən sonra “Məryəm”lə “Cihan”ın yolları həbsxanada yenidən kəsişir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
qafqazinfo.az

2Mənbələr