ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda məktəblərdən birinə “Tomaqavk” raketilə endirilən zərbə və nəticədə 100-dən çox məktəbli uşağın həlak olması Tramp administrasiyası üçün ciddi problemə çevrilib. Vəziyyətdən çıxmaqda çətinlik çəkən administrasiya, Tramp özü başda olmaqla, cəfəngiyyat danışmağa məcbur qalıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, son mətbuat konfransında jurnalistlərdən biri Trampdan soruşub: "Həmin İran məktəbi, çox güman ki, “Tomaqavk” raketi ilə məhv edilib. ABŞ bu zərbəyə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdırmı?"
Tramp cavab verib: "Mən bunu görməmişəm. Ümumiyətlə, “Tomaqavk” çox yayılmış bir silahdır. Bu raketlər bir çox ölkəyə satılır və tədarük edilir, ondan İranda da var".
Əlbəttə ki, bu, cəfəngiyatdır. “Tomaqavk” raketləri Arizona ştatının Tukson şəhərində yerləşən Amerika şirkəti RTX tərəfindən istehsal olunur. Bu, xüsusilə dənizdən atılan raketlərin ixracı ciddi şəkildə nəzarətdədir. ABŞ onları yalnız Böyük Britaniya, Avstraliya, Yaponiya və Hollandiyaya satıb. Əlbəttə ki, İran onlara sahib ola bilməz.
İranın öz raketləri var, lakin məktəbə məhz “Tomaqavk”la zərbə endirilib - bunu “Bellingcat” başda olmaqla, bir çox mərkəzlərin hərbi mütəxəssisləri təsdiqləyiblər.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.