AZ

Task yenidən Polşanın hakim partiyasının lideri seçildi

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Polşanın Baş naziri Donald Task yenidən Vətəndaş Koalisiyası Partiyasının lideri seçilib.

Redaktor.az xəbər verir ki, bunu Polşa Seyminin sədr müavini Dorota Niedziela açıqlayıb.

Bildirilib ki, bu namizədə 16 695 nəfər səs verib, 379 nəfər isə əleyhinə səs verib. Səsvermədə Vətəndaş Koalisiyasının səsvermə hüququ olan üzvlərinin 78 faizi iştirak edib.

Task nəticələri şərh edərkən sosial şəbəkədə yazıb ki, əldə olunan 97 faizlik dəstək onu heyrətləndirib.

Qeyd edək ki, partiya rəhbərliyinə əvvəlki seçkilər 2021-ci ilin oktyabrında keçirilib və həmin vaxt Donald Task səslərin 97,4 faizini qazanaraq lider seçilmişdi.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
redaktor.az

2Mənbələr