Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Bir sıra media orqanlarında və sosial şəbəkələrdə “Azəristiliktəchizat” ASC-nin fəaliyyəti ilə bağlı tənqidi fikirlər yer alıb.
Hətta bəzi eskpertlər bur qurumun ləğvini vacib hesab ediblər.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bu mövqeni qəbul etmir.
“Öncə qeyd edim ki, “Azərbaycanda insanların üzləşdiyi əsas problemlərdən biri də məhz “Azəristilik”lə bağlıdır” fikri ilə razı deyiləm. Bunu yazanlar görünür, “Azəristiliktəchizat” ASC-nin xidmətindən istifadə etmir. “Azəristiliy”in mövcud olmasının iqtisadi səbəbi yoxdur”, “Əksinə, onun ləğv edilməsinin iqtisadi səbəbləri var”, “Hazırda “Azəristilik” israfdan ibarət bir sistemdir”, “Azəristiliy”in mövcudluğu həm iqtisadi baxımdan səmərəsizdir” kimi fikirlər səsləndirən iqtisadçı ekspertin mövqeyini qətiyyətlə rədd edirəm. Media da bu cür anti-humanist, qeyri-insani fikirləri yaymamalıdır. “Azəristiliktəchizat” ASC bəlkə də ölkədə işini yarıdan tək-tük qurumlardan biridir. Son illər istilik təchizatı sistemlərinin bərpası, modernləşdirilməsi və yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Nəticədə istilik təchizatı infrastrukturunun inkişaf dinamikasında nəzərəçarpan irəliləyişlər müşahidə olunr. Görülən işlər istilik enerjisi ilə təmin olunan yaşayış binalarının, təhsil, səhiyyə və digər sosial obyektlərin sayının ildən-ilə artmasına səbəb olub. Bakıda Sovet dövründə tikilmiş binaların, o cümlədən məktəblərin, bağçaların əksəriyyəti bu cür ekoloji təmiz istiliklə qızdırlır. Nə deyirlər, indi uşaq bağçaları, məktəbləri istiliksiz qoyaq?
Körpə fidanları, şagirdləri donduraq? Son illər “Azəristiliktəchizat” ASC işini günün tələblərinə uyğun qurub. Mən jurnalist və vətəndaş cəmiyyəti fəalı olaraq dəfələrlə “Azəristiliktəchizat” ASC-də olmuşam, yaşadığın binanın istilik təchizatında yaranan problemlər bağlı şikayətimi, etirazımı bildirmişəm. Anında reaksiya verilib, problemin həllinə çalışıblar. Noyabrın 15-dən aprelin 15-ə qədər evlərə çox gözəl istilik verilir. İnsanlar bundan çox razıdır. Son illər aldığımız istiliyə görə ödənişlərin miqdarı da artıb. Amma yenə də ən sərfəlisi budur. Nəzər almaq lazımdır ki, minlərlə pensiyaçı, işsiz, sosial qayğıya ehtiyacı olan insanlar “Azəristiliktəchizat” ASC-nin xidmətlərin istifadə edir. Hər kəsin “kombi” çəkdirmək imkanı yoxdur. İnkişaf etmiş ölkələrdə dövlət sosial qayğıya ehtoyacı olan, aztəminatlı insanları düşünr, onların rifahı üçün addımlar atır, layihələr icra edir. Qurulu və özü də faydalı istemi, infrastrukturu niyə dağıtmalıyıq ki?”-deyə, El.Cəfərli bildirib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC ləğv edilə bilməz:
“Əksinə bu qurumun fəaliyyəti daha geniş spketri əhatə etməlidir. “İnsanlar istilənəndə pəncərəni açır, israfa yol verir” cəfəng fikirdir. “Kombi” işlədən pəncərəbni açmır? Bu nə sarsaq fikirlərdir? Son illər Azərbaycan dövləti ətraf mühitin qorunmasına yönəlik xeyli insanyönümlü layihə icra edib. Azərbaycan 2015-ci ildə imzalanmış Paris sazişinə uyğun olaraq atmosferdə karbon emissiyasının azaldılması ilə bağlı öhdəliklər götürüb. Öhdəliyə əsasən ölkəmiz karbon emissiyasını 2024-cı ilə qədər 40 faiz miqdarında azaltmalıdır. Son illər həyata keçirilən tikitinti-qurulculuq, yenidənqurma işləri zaman ekoloji layihələrə üstübnlük verilir. Bu baxımdan “Azəristiliktəchizat” ASC-nin fəaliyyəti gücləndirilməli, bu quruma əlavə dəstək verilməlidir”.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.