AZ

AQTİS və FGİS Argus Fito arasında elektron məlumat mübadiləsi aparılacaq

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşları arasında onlayn formatda görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında idxal–ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatların təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin həmin qurumlarının informasiya sistemləri arasında inteqrasiyanın mövcud vəziyyəti müzakirə olunub.

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) və FGİS Argus-Fito arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti və qazandıracağı üstünlüklər barədə məlumatlar verilib.

Görüşün yekununda gələcəkdə görüləcək işlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
525.az

1Mənbələr