AZ

Vernidubun Berdıyevin əlini sıxması tənqid olundu - FOTO

BAKI, 10 mart. TELEQRAF

Ukrayna mətbuatı "Neftçi"nin baş məşqçisi Yuri Vernidubun Azərbaycan Premyer Liqasının XXIII turunda "Turan Tovuz"la oyundan sonra rəqib həmkarı Kurban Berdiyevlə görüşməsini tənqid edib.

Teleqraf xəbər verir ki, "football24.ua" saytı mütəxəssisin bu addımını onun reputasiyasına xələl gətirən hadisə kimi qiymətləndirib.

Sayt bildirir ki, Yuri Vernidubun 0:1 hesabı ilə uduzduqları oyundan sonra əlini sıxdığı 73 yaşlı Kurban Berdiyev Rusiya vətəndaşı olmaqla yanaşı, 2023-cü ildə işğal olunmuş Mariupol şəhərinə səfər edərək Rusiya hərbçilərinə dəstəyini nümayiş etdirib.

Ukrayna mətbuatı xatırladıb ki, tammiqyaslı müharibənin ilk günlərində Moldovanın "Şerif" klubundakı karyerasını yarımçıq qoyaraq Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulan Vernidubun Rusiyayağ rəğbət bəsləyən bir şəxslə səmimi görüntülənməsi ölkəsində böyük təəssüf hissi ilə qarşılanıb.

Hazırda bu hadisə Ukrayna idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Yuri Vernidub 2025-ci ilin dekabrından "Neftçi"nin, Kurban Berdıyev isə 2024-cü ilin yayından "Turan Tovuz"un baş məşqçisidir.

Seçilən
52
teleqraf.com

1Mənbələr