Hamburqda bundesliqanın 17-ci turundan təxirə salınan oyun keçirildi.
"Football-plus.az" xəbər verir ki, “dinozavrlar” “Bayer-04”ü qəbul etdi. Bu oyun əslində yanvarın 13-də keçirilməliydi. Amma həmin vaxt güclü qar üzündən təxirə salınmışdı. Bir ara 6 oyunluq məğlubiyyətsiz seriya ilə diqqəti çəkən debütant “Hamburq” artıq məğlubiyyətləri sıralamağa başlayıb. Merlin Poltsinin komandası ötən həftəsonu doğma fanatları önündə “Leyptsiq”ə 1:2 uduzmuşdusa, bu dəfə “Bayer-04”ə minimal hesabla boyun əydi. 20 yaşlı kamerunlu forvard Kristian Kofanenin 2-ci hissədə vurduğu qol oyunda yeganə oldu. İki oyunluq qələbəsiz seriyaya son qoyan Leverkuzen təmsilçisi 6-cı pillədən irəli gedə bilməsə də, “ÇL zonası” ilə xal fərqini 3-ə endirdi.
17-ci turda təxirə salınan oyun
Hamburq – Bayer-04 0:1
Kofane, 73. (57000)
Bayer-04: Blasvix, Kalbret (Poku, 80), Kuansa, Andrix, Tapsoba, Qrimaldo, Palasios, A.Qarsiya, Terrye (Tillman, 71), Maza (Fernandes, 90), Kofane.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta