Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı AVF-nin mətbuat xidməti yayıb.
Qurum rəsmisi qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində Türkiyənin "Qalatasaray" və Rumıniyanın "Voluntari" komandaları arasında keçiriləcək oyunda supervayzer kimi fəaliyyət göstərəcək.
Martın 11-də Türkiyədə baş tutacaq qarşılaşmanı serbiyalı Darko Saviç və litvalı Sergey Rodin idarə edəcəklər.