AZ

Qırğızıstanın fövqəladə hallar naziri rüşvətə görə vəzifəsindən azad edildi

BAKI, 10 mart. TELEQRAF

Qırğızıstanın fövqəladə hallar naziri Urmatbek Şamırkanov vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qurumdan onun təyinatından bir aydan az müddət sonra vəzifəsindən niyə çıxarıldığı ilə bağlı suala cavab olaraq bildirilib ki, qərarın səbəbi U. Şamırkanovun əvvəllər şöbə müdirinin müavini vəzifəsində çalışarkən rüşvət aldığına dair şübhələrdir.

Seçilən
37
2
teleqraf.com

3Mənbələr