AZ

"Real" ispan qolkiperi buraxmaq istəmədi

"Real" Avropanın bir çox klublarının maraq dairəsində olan istedadlı qapıçı İsan Ramirezlə müqavilə müddətini artırıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İspaniyanın U-17 yığmasının da qapısını qoruyan 16 yaşlı Ramirez 2028-ci il iyunun 30-na qədər "kral klubu"na məxsus olacaq.

Gənc qapıçı "Sevilya" akademiyasında səkkiz il oynadıqdan sonra 2024-cü ildə "Real"a keçmişdi.

İspaniya nəhəngi ona qarşıdakı illərdə şans vermək istədiyi və əsas komandaya yetişdirmək üçün başqa kluba buraxmayıblar.

saytlarin hazirlanmasi

Seçilən
41
1
sportal.az

2Mənbələr