AZ

Maslajir da kafedə içib dava saldılar Sərxoş olduğuma görə yaralı halda qoyub getdim

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Gəncə şəhərində 1991-ci il təvəllüdlü Qədir tanışı Məqsədə bıçaqla xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qədir 2023-cü ilin iyulun 11-də, gecə saat 01:00-da Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində yerləşən kafedə əvvəllər tanıdığı Məqsəd ilə şam edib. Daha sonra o, spirtli içkinin qəbulu nəticəsində yaranmış yüngül dərəcəli sərxoşluq vəziyyətində Məqsədlə aralarında yaranmış mübahisəni davam etdirib. Bıçaqla Məqsədə zərbələr yetirib. Qədirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Qədir özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən günü Gəncə şəhəri, “Maslajir” adlanan ərazidə yerləşən kafedə tanışı ilə birlikdə yemək yeyib, spirtli içki qəbul edib:“Təxminən axşam saatlarında Məqsəd həmin kafeyə gəldi. O, gəldikdə artıq tanışım və mən spiritli içkinin təsiri altında olmuşuq. Məqsəd gəldikdən sonra təxmini 1-2 saat ərzində onunla da yemək yeyib, spiritli içki qəbul etdik. Sonra Məqsədlə mübahisə etməyə başladıq. Daha sonra aramızda yaranan mübahisəni həll etmək üçün kafedən çölə çıxsaq da, aramızda mübahisə hələ də davam etdi. Mübahisə əsnasında Məqsəd mənə qarşı əl-qol hərəkətləri ilə danışmağa başladı. Bundan sonra Məqsədin bu hərəkətlərini qəbul etmədim və onu bıçaqla vurdum. Məqsədə bıçaqla vurduqdan sonra spirtli içkinin təsiri altında olduğum üçün onu həmin yerdə qoyaraq getdim”.Təqsirləndirilən şəxs bildirib ki, Məqsədi bıçaqla vuran zaman həmin yerdə ondan başqa heç kəs olmayıb:“Mən günorta saatlarından başlayaraq spirtli içki qəbul etmişəm. Həmin vaxt həmçinin Məqsəddə spirtli içkinin təsiri altında olub. Məqsəd ilə mənim aramda problemlər hələ 2018-ci il tarixdən, biz Rusiya Federasiyasında olduğumuz vaxtdan mövcud olub. Məqsəd ilə aramızda yaranan mübahisə zamanı ona getməsini bildirmişəm. Lakin Məqsəd söhbət etmək istədiyini bildirdikdən sonra mübahisə davam etdik. Daha sonra biz kafedən çıxdıqdan sonra yolun qarşı tərəfinə keçdik. Həmin vaxt kafeni işlədənlər getmişdi və kafedə heç kəs olmayıb. Hadisə baş verən zaman bıçaq təsadüfi olaraq üzərimdə olub və sözügedən hadisənin baş verməsinə səbəb bizim hər ikimizin spirtli içkinin təsiri altına düşməyimiz olub”.Zərərçəkmiş Məqsədin sözlərinə görə, hazırda ailəsi ilə birlikdə Samux rayonunda yaşayır: “Mən moykada işləyirəm. Təqsirləndirilən Qədir ilə qohumam. Əvvəllər aramızda heç bir ədavət və ya düşmənçilimiz olmayıb. Hadisə günü hava yağışlı olduğu üçün işlədiyim moykanın sahibi Rahilə işdən tez çıxmaq istədiyimi bildirdim. O, isə etiraz etmədi. Mən Qədirlə görüşərək Samuxa getmək üçün işdən çıxaraq, köhnə avtobus dayanacağının içərisində yerləşən yeməkxanaya getdim. yeməkxanaya girəndə Qədirin orada spirtli içki qəbul etdiyini gördüm. Qədirin oturduğu stola yaxınlaşaraq, onunla birlikdə oturdum. Qədirlə birlikdə spirtli içki qəbul etdim”. Zərərçəkmiş şəxsin sözlərinə görə, həmin gün Qədir heç olmadığı qədər əsəbi olub:“Mən Qədirdən əsəbi olmasının səbəbini soruşdum. O, səbəbini bilmədiyini deyərək, söhbəti bağlamağa çalışdı. Qədirlə birlikdə orada təxminən 3 saat oturub yemək yedik. Təxminən saat 00:30-da  Qədirlə yeməkxanadan çıxdıq və Samux rayonuna getmək üçün yola düşdük. Yol boyu gedərkən Qədirin üzərində bıçaq olduğunu gördüm. Həmin bıçağı Qədirdən istəsəm də, o, həmin bıçağı verməkdən imtina etdi. Mən isə Qədirin əlindən həmin bıçağı zorla alaraq, cibimə qoydum. Bu hərəkətdən sonra Qədir daha da əsəbləşdi. Mən isə Qədirə qohum olduğumuzu, yaşda böyük olduğumu və mənə qarşı tərbiyəli olmalı olduğunu bildirdim. Bu zaman Qədir daha da özündən çıxaraq, mənim cibimə əl atdı, həmin bıçağı məndən aldı. Bu zaman hətta Qədir cibimi cırdı və qolumu yaralayaraq, bıçaqla qarın nahiyəmə zərbə endirdi. Qədirin bu hərəkətindən sonra getmək qərarına gəldi. Qədirə yaramın ağır olduğunu, qan itirdiyimi, təcili tibbi yardıma məluma verməsini istədim”. Zərərçəkmiş bildirib ki, daha sonra Qədir ona məhəl qoymayaraq, oradan uzaqlaşıb: “Mən qaranlıq yol boyu gedərək, qarşıma hər hansı bir insan çıxarsa, ondan təcili yardıma zəng etməsini istəyim. Lakin gec saatlar olduğundan uzun bir müddət yolda heç kəslə rastlaşmadım. Atatürk prospektində yerləşən Qızıl Sarayını 2 küçə aşağı keçdikdən sonra küçədə qadınların oturduğunu gördüm. Həmin qadınlara yaxınlaşaraq, onlardan kömək etmələrini istədim. Onlar oradaca mənə ilk tibbi yardım göstərərək, sağ qolumda olan kəsiyi sarğı vasitəsi ilə bağladılar. Daha sonra təcili tibbi yardıma məlumat verdilər. Təcili tibbi yardım gələrək, məni götürdü və xəstəxanaya çatdırdı”. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qədir 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
demokrat.az

1Mənbələr