AZ

Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir “Kristal!”

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Şəhər mərkəzinə yaxın, geniş yaşıllığa malik, müasir memarlıq və yüksək

tikinti standartlarını bir araya gətirən yaşayış kompleksi axtaranlar üçün "City

Garden Narimanov” diqqət çəkən ünvanlardan biridir.

"N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşən "City Garden Narimanov”şəhərin mərkəzində komfortlu və premium həyat təklif edən meqa yaşayış

kompleksidir. Şəhərin əsas yollarına, biznes və ticarət mərkəzlərinə, sosial

obyektlərə yaxınlıq sakinlərə həm vaxta qənaət etməyə, həm də daha rahat həyat

tərzi qurmağa imkan yaradır.

Kompleksin memarlıq həlli həm estetik, həm də funksional yanaşma üzərində

qurulub. Binaların fasadı uzunömürlü, keyfiyyətli, isti və soyuğa davamlı

keramoqranitlə üzlənir. Mənzillərin divarları və döşəmələri arasında tətbiq

olunan izolyasiya qatları isə qonşu mənzillərdən gələn səsləri minimuma

endirərək daha sakit və komfortlu yaşayış mühiti yaradır. Kompleksdə tətbiq

olunan mərkəzi istilik sistemi də sakinlər üçün stabil və rahat temperatur

təmin edir.

"City Garden Narimanov” ərazisində 17,4

hektar yaşıllıq sahəsi nəzərdə tutulub. Geniş park zonaları və ağaclarla zəngin

landşaft sakinlərə şəhərin mərkəzində belə təbiətə yaxın mühitdə yaşamaq imkanı

yaradır. Günəş panelləri, tullantıların çeşidlənməsi və yağış sularının

toplanması ilə layihədə ekoloji məsuliyyət də diqqətdə saxlanılıb.

Kompleksin sosial infrastrukturu da gündəlik rahatlıq üçün

planlaşdırılıb. Ərazidə mall, fitness mərkəzi və müxtəlif iaşə obyektlərinin

fəaliyyət göstərməsi nəzərdə tutulur. Bundan əlavə, layihə ərazisində yerləşən

və sentyabr ayında fəaliyyətə başlayacaq "Landau School” ailələr üçün əlavə

üstünlük yaradır.

"City Garden Narimanov” layihəsində mənzillər sakinlərə premium təmirli

şəkildə təhvil verilir. Mənzillərdə Almaniya istehsalı "HARO”parketləri, elektrik açarlarında İtaliyanın "GEWISS” brendi, elektrik sistemində isə İtaliya istehsalı "Prysmian”yanmayan kabelləri istifadə olunur. Divarlarda "Zambaiti Parati” divar

kağızları, hamam aksesuarlarında Almaniyanın "GROHE” brendi, sanitar və

ümumi sahələrdə isə İtaliyanın "Infinity”keramoqranitləri tətbiq edilir. Bu materiallar həm keyfiyyət, həm

təhlükəsizlik, həm də estetik baxımdan yüksək standart yaradır.

Layihənin tikintisində müasir və etibarlı texnologiyalar tətbiq olunur.

Binalar beton pərdə sistemi ilə inşa edilir, tava tipli bütöv təməl üzərində

qurulur və 12 metrədək dərinliyə enən beton ayaqlarla gücləndirilir. Bundan

əlavə, mufta birləşmə sistemi tətbiq olunur ki, bu da konstruksiyanın

möhkəmliyini və təhlükəsizliyini daha da artırır.

"City Garden Narimanov” layihəsində yeni "Evini

hissə-hissə al” satış modeli də aktivdir. Bu model sayəsində

istər 3 kv.m, istər 5 kv.m alaraq mənzil sahibi olmağa başlaya bilərsən. Daha

sonra imkanın olduqca mənzilinin sahəsini artıraraq onu mərhələli şəkildə,

faizsiz və aylıq ödəniş öhdəliyi olmadan tam sahəyə çatdıra bilirsən.

Kompleksdə sahəsi 59,65–169,74 kv.m arası 2, 3 və 4 otaqlı, eləcə də

studiya tipli mənzillər 20 ilədək ipoteka və ya 36 ayadək faizsiz, daxili

kredit şərtləri ilə satışdadır. Mənzil alarkən ödənilən ƏDV isə 30 iş günü

ərzində geri qaytarılır.

Layihə ilə yaxından tanış olmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544

qısa nömrəsinə zəng edə bilərsən.

Ünvan: Nərimanov

rayonu,Xəzri küçəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
17
azxeber.com

10Mənbələr